London "Arsenal"ı "Real Sosyedad"ın iki oyunçusuna göz dikib.
Fanat.Az xəbər verir ki, söhbət yarımmüdafiəçi Martin Subimendi ilə müdafiəçi Robin le Normandan gedir.
İnformasiyanı insayder Fabritio Romano yayıb.
Onun məlumatına görə, “topçular” bu futbolçuları izləmək üçün İspaniyaya skautlarını göndərib.
Subimendi bir müddət əvvəl "Barselona"nın hədəfində olsa da, kataloniyalılar "Real Sosyedad"ın 70 milyon avroluq tələbindən sonra transferdən imtina edib.
Mirağa