"Çelsi"nin keçmiş baş məşqçisi, hazırda "Bayern Münhen"ə başçılıq edən Tomas Tuxelin London klubundan ayrılmasının səbəbi bəlli olub.
Fanat.Az xəbər verir ki, "Talksport" almaniyalı mütəxəssisin ötən ilin sentyabrında "zadəganlar"ın həmsahibi Todd Bouli ilə problem yaşadığını iddia edib.
Xəbərə görə, Tuxel "Çelsi"nin rəhbərini komandanın paltardəyişmə otağına buraxmayıb. Hadisə Premyer Liqanın 6-cı turu çərçivəsində "zadəganlar"ın "Vest Hem"ə 2:1 hesabı ilə qalib gəldikləri oyun zamanı baş verib. Bouli matçın fasiləsində uşaqların da yer aldığı bir qrup xüsusi qonaqları üçün soyunub-geyinmə otağında ekskursiya təşkil etmək istəyib.
Bu ideya Tuxelin xoşuna gəlməyib və o, klubun həmsahibinə "yox" cavabını verib. Alman mütəxəssis bundan cəmi 4 gün sonra istefaya göndərilib.
Mirağa