"Arsenal"ın hücumçusu Folarin Baloqan klubunu dəyişə bilər.
Fanat.Az xəbər verir ki, hazırda "Reyms"də çıxış edən futbolçu "Marsel"in hədəfindədir.
Məlumatı "Foot Mercato" yayıb.
İcarədə Fransa I Liqasında oynayan Baloqan çıxışı ilə hər kəsi təəccübləndirir. 21 yaşlı forvard 18 matçda iştirak edib. O, mövsümün sonunda "Arsenal"a qayıtmaq fikrində deyil. Çünki Folarin İngiltəyə qayıdıb ehtiyatda qalmaq istəmir.
Qeyd edək ki, gənc forvard "Marsel" ilə yanaşı "Monako", "Lill" və "Milan"ın da hədəfindədir.
Röya