"Arsenal" İspaniya La Liqasından iki futbolçu bəyənib.
Fanat.Az xəbər verir ki, bunlar "Real Sosyedad"da çıxış edən Robin Le Norman ilə Martin Subimendidir.
Məlumatı insayder Fabritsio Romano yayıb.
24 yaşlı Subimendi ilə "Barselona" və "Mançester Yunayted" maraqlanır. Onun buraxılış qiyməti 60 milyon avro təşkil edir.
26 yaşlı müdafiəçi Le Normanı isə transfer etmək istəyən klub 50 milyon avro ödəməlidir.
Röya