"Liverpul"un hücumçusu Roberto Firmino "Barselona"ya keçə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Xəbərə görə, braziliyalı futbolçu yayda azad agent kimi "Barselona"ya keçməyə razılıq verib.
Qeyd edək ki, Firminonun mövsümün sonunda "Liverpul"la müqaviləsi başa çatır. O, klubla sözləşməni yeniləmək istəməyib.
Röya