"Atletiko Madrid"in qapıçısı Yan Oblak özünü dünyanın ən yaxşı qapıçısı sayıb-saymadığı ilə bağlı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, TVE onun dediklərini belə çatdırıb:
"Çətin sualdır. Yaxşı qapıçılar çoxdur. Elələri var ki, böyük komandalarda oynamadıqları üçün insanlar onlardan az danışırlar. Əlbəttə, ən yaxşı qolkiperlər barədə rəylər də müxtəlifdir. Mən öz işimi görürəm. Mətbuatın və futbol ictimaiyyətinin digər nümayəndələrinin isə fərqli seçimləri ola bilər".
Nihat