"Real Madrid" yarımmüdafiəçisi Eduardo Kamavinqa ilə müqaviləni yeniləməyi planlaşdırır.
Fanat.Az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano yayıb.
Yeni sözləşməyə əsasən, 20 yaşlı fransalı oyunçunun maaşı da artırılacaq. Ancaq maaşı ilə yanaşı, futbolçunun transfer dəyəri də artacaq. Belə ki, Kamavinqanı almaq istəyən klub La Liqa təmsilçisinə 1 milyard avro ödəməli olacaq.
Qeyd edək ki, Kamavinqanın cari sözləşməsi 2027-ci ilə qədərdir.
Röya