"Çelsi"nin müdafiəçisi Kalidu Kulibali klubunu dəyişmək istəyir.
Fanat.Az xəbər verir ki, futbolçu komandadan narazıdır və yayda Londonu tərk etmək niyyətindədir.
"Gazzetta dello Sport" yazır ki, artıq Kulibali getmək istədiyini baş məşqçi Massimiliano Alleqriyə də bildirib.
Seneqallı müdafiəçinin İtaliya A Seriyasına qayıtmaq imkanı var. Belə ki, o, "Yuventus"un maraq dairəsindədir.
Qeyd edək ki, Kulibali cari mövsüm Premyer Liqada 22 matçda iştirak edib.
Röya