"Liverpul" "Valensiya"nın yarımmüdafiəçisi Yunus Musa ilə maraqlanır.
Fanat.Az xəbər verir ki, bu barədə "90Min" məlumat yayıb.
20 yaşlı futbolçunun transfer qiyməti 100 milyon avrodur. Musanın klubu ilə sözləşməsi 2026-cı ilə qədərdir. Bu səbəbdən onun qiyməti ucuz başa gəlməyəcək. Lakin "Liverpul" gənc istedadı heyətinə cəlb edə bilmək üçün "Valensiya"nı razı salmağa çalışacaq.
Röya