"Roma"nın və İtaliya futbolunun canlı əfsanəsi Françesko Totti "Milan"ın hücumçusu Rafael Leaunu "Napoli"nin gürcü futbolçusu Xviça Kvaratsxeliya ilə müqatisə edib.
Fanat.Az xəbər verir ki, "Pagine Romaniste" onun dediklərini belə çatdırıb:
"Leau fiziki cəhətdən daha hazırlıqlı və sürətlidir. Kvaratsxeliya isə birəbir epizodlarda ondan daha texnikalıdır. Bu, unikallıqdır. Hazırda A Seriyasında beləsini tapmaq çox çətindir".
Qeyd edək ki, Bu mövsüm Neapol təmsilçisinin forması ilə ümumilikdə 36 matça çıxan Kvaratsxeliya 14 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb. Leau isə "Milan"ın heyətində 41 görüşdə iştirak edib. Portuqaliyalı 13 qol və 12 məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb.
Nihat