Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"Foot Mercato": PSJ "Napoli"nin hücumçusu Viktor Osimxenlə danışıqlar aparır. Parislilər hazırda nigeriyalı futbolçu ilə şəxsi müqavilənin şərtlərini müzakirə edirlər.
Qeyd edək ki, uğurlu mövsüm keçirəm Osimxen "Mançester Yunayted" və "Bayern Münhen"in də diqqətini çəkib. Bəzi mənbələr forvardın İngiltərə Premyer Liqasında oynamaq istədiyini yazır.
"Express": "Çelsi"nin baş məşqçisi olacaq Maurisio Poçettino hücumçu Joau Felikslə bağlı qərar verməli olacaq. Portuqaliyalı forvardın icarə müddəti mövsümün sonunda başa çatır. Birdəfəlik satınalma maddəsi futbolçunun müqaviləsində yoxdur. Lakin "zadəganlar" onu komandada saxlamağa calışacaqlar. Ancaq Felikslə bağlı son qərarı Poçettino verəcək. Argentinalı mütəxəssis futbolçu ilə şəxsən söhbət etdikdən sonra qərar bəlli olacaq.
"Fichajes": "Real Madrid" yarımmüdafiəçisi Orelyen Tçuameni ilə vidalaşmağı planlaşdırır. DÇ-2022-dən qayıtdıqdan sonra formasını itirən 23 yaşlı fransalı futbolçu satışa çıxarıla bilər. Orelyen ötən il 80 milyon avro qarşılığında transfer olunmuşdu.
Röya