"Bayern Münhen"in baş məşqçisi Tomas Tuxel sabiq klubu "Çelsi"nin futbolçusuna göz dikib.
Fanat.Az xəbər verir ki, almaniyalı mütəxəssis yarımmüdafiəçi Mateo Kovaçiçi yanına gətirmək niyyətindədir.
Məlumatı "Bild" yayıb. 28 yaşlı xorvatiyalı futbolçunun London klubu ilə müqaviləsi gələn il başa çatır. Bu səbəbdən onun başqa klubla danışıqlar aparmaq imkanı var. "Çelsi" də Kovaçiçi satmaq niyyətindədir.
Röya