"Mançester Yunayted" İngiltərə Premyer Liqasının 33-cü turunda səfərdə "Tottenhem"lə qarşılaşacaq.
Fanat.Az xəbər verir ki, matçdan öncə mətbuata danışan "qırmızı şeytanlar"ın baş məşqçisi Erik ten Haq rəqib komandanın hücumçusu Harri Keyn haqda danışıb.
29 yaşlı ingiltərəli hücumçunu komandasında görmək istəyən Ten Haq Keyni şirnikləndirmək üçün onu tərifləyib: “Qollarının sayı və yaratdığı qolla nəticələnən momentləri qeyd etmək istərdim. O, həm böyük oyunçudur, həm də böyük şəxsiyyətdir. Keyn bəyəndiyimiz futbolçulardan biridir".
Qeyd edək ki, Harii Keynin "Tottenhem"lə sözləşməsi gələn il başa çatacaq. "Qırmzıı şeytanlar" gələn yay onu heyətinə qatmağa cəhd edəcək.
Xatırladaq ki, "Tottenhem" - "Mançester Yunayted" matçı bu axşam, Bakı vaxtı ilə 23:15-də keçiriləcək.
Röya