"Real Madrid"in ulduzu Luka Modriçin gələcəyi ilə bağlı yekun qərarı bəlli olub.
Fanat.Az xəbər verir ki, xorvatiyalı futbolçu gələn mövsümü də kral klubunda keçirəcək.
Bu barədə "Diario AS" məlumat yayıb.
Yayda azad agent olacaq 37 yaşlı yarımmüdafiəçi Madrid təmsilçisinin prezidenti Florentino Peres ilə görüş keçirib. Modriç Səudiyyə Ərəbistanının adı açıqlanmayan klubundan yüksək ödənişli təklif alsa da, Peresə doğma komandasında qalmaq istədiyini bildirib. Tərəflər arasında söhbət müsbət yekunlaşıb və Modriçin komandada qalmasına qərar verilib.
Qeyd edək ki, Xorvatiya millisinin üzvü 2012-ci ildən "Real Madrid"də çıxış edir. O, arxada qalan 11 il ərzində 480 oyunda meydana çıxıb.
Röya