İngiltərə millisinin hücumçusu Harri Keyn "Tottenhem"lə müqaviləni pozmağı planlaşdırır.
Fanat.Az xəbər verir ki, məlumatı "Daily Telegraph" yayıb.
Onun cari müqaviləsi 2024-cü ilin yayında başa çatır. Bu səbəbdən Keyn gələn il klubu azad agent kimi tərk edə bilər.
Ancaq Çempionlar Liqasında oynamaq istəyən ulduz futbolçu mövsümün sonunda 10 illik klubu "Tottenhem"i tərk etmək niyyətindədir.
Qeyd edək ki, Harri Keynin "Mançester Yunayted"ə keçəcəyi iddia olunur.
Röya