Adı Səudiyyə Ərəbistanının iki klubu - "Əl-Hilal" və "Əl-İttihad"la yanaşı çəkilən PSJ-nin hücumçusu Lionel Messi sosial şəbəkə hesabında bu ölkə barədə paylaşım edib.
Fanat.Az xəbər verir ki, 35 yaşlı argentinalı belə yazıb:
"Kim düşünərdi ki, Səudiyyə Ərəbistanında bu qədər yaşıllıq var? İmkan yarananda gözlənilməz möcüzələri araşdırmağı sevirəm".
Qeyd edək ki, Messinin PSJ ilə olan müqaviləsinin müddəti bu yay başa çatacaq.
Nihat