"Real Madrid"in sol cinah müdafiəçisi Ferland Mendi komandadan ayrılmağa yaxındır.
Fanat.Az xəbər verir ki, məlumatı "Madrid Xtra" yayıb.
Mənbənin məlumatına görə, Madrid klubu yayda yaxşı təklif olacağı təqdirdə, futbolçunu satmağa hazırdır. 27 yaşlı fransızla Premyer Liqa klublarının maraqlandığı bildirilir.
"Real" Mendini 2019-cu ildə "Olimpik Lion"dan 48 milyon avroya alıb. Hazırda onun bazar dəyəri 35 milyon avro göstərilir.
Mendinin "Kral klubu" ilə müqaviləsinin müddəti 2025-ci ilin yayına kimi qüvvədədir.
Müdafiəçi bu mövsüm 25 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə edib.
Mirağa