PSJ-nin yay "transfer pəncərəsi"ndə nə qədər pul xərcləməyə hazır olduğu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, məlumatı "Foot Mercato" yayıb.
Parislilər heyəti gücləndirmək üçün 225 milyon avroluq büdcə ayırıb. Klubun gücləndirmək istədiyi mövqelər və transfer siyahısı belədir:
mərkəz müdafiəçisi, namizədlər - Jan-Kler Todibo (Nitsa) və Aksel Disasi (Monako);
yarımmüdafiəçi, namizəd - Kefren Türam (Nitsa);
hücumçu, namizədlər - Harri Keyn (Tottenhem), Viktor Osimhen (Napoli), Randal Kolo Muani (Ayntraxt Frankfurt), Markus Türam (Borussiya M), Romelu Lukaku (İnter/Çelsi), Conatan David (Lill).
Mirağa