"Mançester Yunayted" "Roma"nın hücumçusu Temmi Abraham ilə maraqlanır.
Fanat.Az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.
"Tottenhem"dən Harri Keyni transferi baş tutmasa, "qırmızı şeytanlar" Abraham üçün irəli atılacaq.
İngiltərə millisinin 25 yaşlı forvardı carı mövsüm A Seriyasında 32 matçdan meydana çıxıb və 8 qola imza atıb.
Qeyd edək ki, Abraham "Mançester Yunayted"lı yanaşı "Aston Villa"nın da hədəfindədir.
Röya