"Roma"nın baş məşqçisi Joze Mourinyu hazırki iş yerini tərk etmək fikrində deyil.
Fanat.Az “Corriere dello Sport”a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis sabiq klubu “Çelsi” ilə danışıqlardan imtina edib.
Təcrübəli mütəxəssis yaxın günlərdə "Roma"nın sahibləri ilə gələcəyini müzakirə etmək istəyir.
Mourinyu 2021-ci ildən Romada çalışır. Keçən il o, komanda ilə Konfrans Liqasının qalibi olub. Portuqaliyalı mütəxəssis 2004-2007 və 2013-2015-ci illərdə "Çelsi"ni çalışdırıb.
Mirağa