"Mançester Yunayted" heyətinə yeni hücumçu cəlb etməyi planlaşdırır.
Fanat.Az xəbər verir ki, "qırmızı şeytanlar" "İnter"in forvardı Lautaro Martinesin xidmətində maraqlanır.
Məlumatı "Football Insider" yayıb.
İtaliya təmsilçisi argentinalı futbolçunu sataraq maliyyə problemini həll etmək niyyətindədir. Martinesin transfer qiymətinin 80 milyon avro olduğu bildirilir.
Qeyd edək ki, 25 yaşlı hücumçu 2018-ci ildən "İnter"də çıxış edir.
Röya