"Arsenal"ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının 34-cü turunda "Çelsi" üzərində qazandıqları qələbəni şərh edib.
Fanat.Az xəbər verir ki, onun dediklərini BBC belə çatdırıb:
"İlk 60 dəqiqədə komandam çox yaxşı oynadı. Biz özümüz olmağa davam etməliyik. Komandnın ifasında bunu görmək istəyirəm.
Sürət, ustalıq nümayişi, iki gözəl qol... Azarkeşlərimizlə eyni dalğadaydıq. Əla ab-hava yaratdıq. Fanatlar bizi inanılmaz dərəcədə dəstəkləyir. İlk pillədəki yerimizi qorumaq istəyirdik. Bunu bacardığımız üçün razıyıq
Edeqorun bu mövsüm 14 qolu var. Onun komandaya verdiyi fayda, liderlik keyfiyyətləri ürəyimcədir".
Nihat