Bu qış Donetsk "Şaxtyor"undan "Çelsi"yə transfer edilən Mixail Mudrik hələ də İngiltərə Premyer Liqasında qol hesabını açmayıb.
Fanat.Az xəbər verir ki, "zadəganlar"ın forması ilə yanvarın 21-də - "Liverpul"a qarşı matçda (0:0) debüt edən vinger 12 çempionat qarşılaşmasında forma geyinsə də, istəyinə çata bilməyib.
O, ümumilikdə 507 dəqiqə meydanda olub və 2 qol ötürməsi ilə yadda qalıb.
Qeyd edək ki, "Çelsi" Mudrikə görə "Şaxtyor"a 70 milyon avro ödəyib. Daha 30 milyonun isə müxtəlif bonuslar şəklində ödənilməsi razılaşdırılıb.
Nihat