İngiltərə Premyer Liqasını tərk etmək təhlükəsi ilə üz-üzə qalan "Lids Yunayted" rəsmi saytı vasitəsi ilə baş məşqçi Xavi Qarsiyanın istefaya göndərildiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, onun yerinə İngiltərə millisinin sabiq çalışdırıcısı Sem Ellardays gətirildiyi bildirilib.
Ellardays mövsümün sonunadək sözügedən komandanın "sükanı arxası"nda olacaq. O, komandanı qalan 4 çempionat matçına çıxaracaq.
Qeyd edək ki, 34 oyuna 30 xal toplayan "Lids" hazırda turnir cədvəlinin 17-ci pilləsindədir. Qarsiyanın rəhbərliyi altında çıxdığı son beş çempionat qarşılaşmasının dördündə uduzan kollektiv bir heç-heçə edib.
Nihat