"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Holand İngiltərə Premyer Liqasının 28-ci turunda keçirilən "Vest Hem"lə oyunda rekord reallaşdırıb.
Fanat.Az xəbər verir ki, "şəhərlilər"in forvardı istəyinə 3:0 hesablı qələbə qazandıqları görüşdə qol vuraraq çatıb.
"Çəkicdöyənlər"in qapısına yol tapan norveçli İPL-də qol sayını 35-ə yüksəldib ki, bu da rekord nəticədir. Holand hərəyə 34 qol vurmuş Endi Koulla (1993/94) və Alan Şireri (1994/95) geridə qoyub.
Qeyd edək ki, “Vest Hem”i yenən MS xal hesabını 79-a çatdıraraq Premyer Liqanın turnir cədvəlində liderliyi ələ keçirib. 78 xala malik “Arsenal” ikinci yerdədir.
Nihat