Səudiyyə Ərəbistanı hökuməti yerli futbol çempionatına böyük məbləğdə investisiya ayırmağı planlaşdırır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Footmercato" yayıb.
Xəbərə görə, ölkə rəhbərləri "Əl-Hilal", "Əl-Nəsr", "Əl-İttihad", "Əl-Əhli" kimi klubların hər birində azı bir dünya ulduzunun olmasını prioritet hədəf sayır.
"Əl-Nəsr"də artıq portuqaliyalı ulduz top qovursa, "Əl-Hilal" PSJ-nin superulduzu Lionel Messini heyətinə qatmaq üçün hərəkətə keçib. "Əl-Əhli" "Real Madrid"in yarımmüdafiəçisi Luka Modriçə göz dikib, "Əl-İttihad" "Kral klubu"nun forvardı Kərim Benzema ilə güclənməkdə israrlıdır.
Nihat