"Milan"ın hücumçusu Zlatan İbrahimoviçin növbəti mövsümə harada başlayacağı açıqlanıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Footmercato" yayıb.
Xəbərə görə, Zlatan karyerasını digər A Seriyası təmsilçisi "Montsa"da davam etdirməyi planlaşdırır. Mənbə isveçli forvardın sözügedən klubun sahibi Silvio Berluskoni ilə əla münasibətdə olduğunu və tərəflərin artıq şifahi razılığa gəldiklərini açıqlayıb.
Qeyd edək ki, 41 yaşlı İbrahimoviç ağır zədə üzündən bu mövsüm "Milan" forması ilə cəmi 4 oyuna çıxıb və 1 qol vurub.
Nihat