"Barselona"nın və Braziliya millisinin sabiq futbolçusu Rivaldo Lionel Messinin PSJ-dəki durumundan danışıb.
Fanat.Az "Betfair"ə istinadən xəbər verir ki, o, Fransa nəhənginin rəhbərliyini məlumatlandırmadan Səudiyyə Ərəbistanına yollandığı üçün 2 həftəlik komandadan kənarlaşdırılan Leonu qınayıb:
"Görünən budur ki, Messi müqavilə ilə bağlı suallara aydınlıq gətirmək üçün Səudiyyə Ərəbistanına yollanıb. Açığı, Lionelin indiki klubuna qarşı etdiyi hörmətsizlik üzücüdür. Bu, ona yaraşan hərəkət deyil. Əlbəttə, Messi başqa variantları az deyildi. Məsələn, PSJ rəhbərliyi ilə danışar, Səudiyyə Ərəbistanından olan məmurların Parisə gəlməsini gözləyə bilərdi. Hətta mövsümün sonunu da gözləmək olardı. Liqa 1-in sonuna az qalmış, klub çempionluğa yaxınlaşdığı vaxtda belə davranmasını düzgün saymıram. Axı Messi həmişə başqaları üçün nümunə olub".
Nihat