"Barselona" İspaniya kubokunu qazanan "Real Madrid"in uğuruna biganə qalmayıb.
Fanat.Az xəbər verir ki, kataloniyalılar turnirin həlledici oyununda “Osasuna”ya 2:1 hesabı ilə qalib gələn Madrid klubuna təbrik ünvanlayıb.
"Barselona" "Twitter" hesabında paylaşım edib: "Real Madrid"i "Kral kuboku"nu qazanması münasibətilə təbrik edirik".
"Real Madrid" üçün bu qələbə İspaniya Kubokunda 20-ci olub. Kral klubu 2014-cü ildən bəri ilk dəfə bu kuboku qazanıb.
Mirağa