Argentina millisinin ulduz hücumçusu Lionel Messi ilə bağlı yeni xəbər ortaya çıxıb.
Fanat.Az "Footmercato"ya istinadən xəbər verir ki, PSJ rəhbərliyi argentinalını komandada saxlamağa cəhd edib.
Paris nəhəngi Lionelə maliyyə baxımından sərfəli təklif edib. Yeni təklifin təfərrüatları açıqlanmır.
Messi ilə PSJ arasında hazırki müqavilənin müddəti bu yay başa çatır. Bu yaxınlarda Lionel Səudiyyə Ərəbistanına icazəsiz səfər etdiyi üçün komandadan uzaqlaşdırılıb.
35 yaşlı argentinalının karyerasını davam etdirmək variantları arasında kataloniyalı “Barselona” və Səudiyyə Ərəbistanının “Əl-Hilal”ın adı da adlanır.
Mirağa