A Seriyasının mətbuat xidməti Skudettonu qazanan "Napoli"ni özünəməxsus posterlə təbrik edib.
Fanat.Az xəbər verir ki, ancaq qurumun seçimi neapollu azarkeşlərin qəzəbinə səbəb olub.
A Seriyasının mətbuat xidməti sosial şəbəkə hesabında komandanın hücumçusu Xviça Kvaratsxeliyanın şəkli olan çempion posterini yerləşdirib. Azarkeşlər isə afişada hücumçu Viktor Osimhenin yox, Xviçanın şəklinin yerləşdirilməsi irqçilikdir. Şərhlərdə nigeriyalının Skudettoya daha ciddi töhfə verdiyi vurğulanıb.
Azarkeşlər cavab olaraq alternativ - Osimhenin şəkli olan afişa hazırlayıblar.
Maraq üçün qeyd edək ki, Xviçanın posterinə 22,5 milyon baxış və 43,3 min bəyənmə olub. Viktorun olduğu posterin baxış sayı 50 dəfə az olsa da, daha çox bəyənmə toplayıb.
Mirağa