"Mançester Yunayted"in hücumçusu Meyson Qrinvudun karyerasını İtaliyada davam etdirmək variantı var.
Fanat.Az xəbər verir ki, məlumatı "The Sun" yayıb.
Mənbənin məlumatına görə, "Yuventus" Qrinvudun ətrafındakı qeyri-müəyyənlikdən yararlanmaq istəyir. Turinlilər yayda onunla müqavilə bağlamağa hazırdır. Söhbət icarə müqaviləsindən gedir.
Qrinvud 2022-ci ilin yanvarında sevgilisini döyməkdə və ölümlə hədələməkdə ittiham olunurdu. Bundan sonra klub onu məşqlərdən və matçlardan uzaqlaşdırıb. Bir ildən çox istintaq altında olan hücumçu fevralın əvvəlində bəraət alıb.
Mirağa