"Napoli" baş məşqçisi Luçano Spalletti ilə bağlı qərar verib.
Fanat.Az-ın xəbərinə görə, A Seriyası təmsilçisi italiyalı mütəxəssislə müqaviləni yeniləyib.
Məlumatı insayder Fabritsio Romano yayıb.
İdman jurnalistinə açıqlama verın Spalletti bildirib: "Sözləşmənin müddətini 2024-cü ilin iyun ayına qədər uzatdıqları üçün kluba minnətdarlığımı bildirirəm".
Qeyd edək ki, 64 yaşlı baş məşqçi 2021-ci ildən "Napoli"ni çalışdırır. Komanda 34 turdan sonra 83 xalla A Seriyasında çempionluğu təmin edib. Çempionatın bitməsinə 4 tur qalıb və "Napoli" ən yaxın izləyicisi "Yuventus"u 17 xal qabaqlayır.
Röya