İngiltərə futbolunun veteranı Ueyn Runi Çempionlar Liqasının yarımfinal mərhələsi ərəfəsində “Mançester Siti” və “Real Madrid” arasında baş tutacaq oyunla bağlı proqnoz verib.
Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis "The Times"ə açıqlamasında MS-nin ispanları məğlub edəcəklərini deyib:
"Mançester Siti" yarımfinalda "Real Madrid"ə sadəcə qalib gəlməyəcək, onları məhv edəcək. Əlbəttə, səhv edə bilərəm. Karlo Ançelottinin "Real"ından, xüsusən də Çempionlar Liqasında nə desən gözləmək olar. Ancaq düşünürəm ki, "şəhərlilər" başqa səviyyədir. Mövsümün əvvəlindən inanırdım ki, bu dəfə Pep Qvardiola Avropada uğur qazanacaq. Komandanın indiki vəziyyəti mənim inamımı gücləndirdi. Keçən il “Real” turniri qazandı, lakin bu il dinamika fərqlidir”.
Qeyd edək ki, "Real"la MS arasında ilk yarımfinal görüşü mayın 9-da Madriddə keçiriləcək.
Mirağa