"Barselona"nın sabiq hücumçusu Pyer-Emerik Obameyanq İspaniyaya qayıtmağa hazırlaşır.
Fanat.Az xəbər verir ki, bu barədə o, "DjamLife" "Tiktok" kanalında belə deyib:
"Mən "Barselona"ya qayıtmağı çox istəyirəm... Yaşayıb görəcəyik".
Qeyd edək ki, Qabonlu hücumçu keçən yay təxminən 10,6 milyon funt-sterlinqə Kataloniya klubundan "Çelsi"yə transfer olunub. Ancaq o, London klubunda xoşbəxt deyil. Obameyanq yenidən "blaugrana" formasını geyinmək üçün azad agent olmalı və maaşının əhəmiyyətli dərəcədə azaldılmasına razılıq verməlidir. Onunla "İnter" və "Yuventus" klubları da maraqlanır.
33 yaşlı forvard ötən mövsüm "Barselona"nın heyətində 18 oyun keçirib və 11 qol vurub.
Mirağa