“Ximki”nin 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Nazim Süleymanov klubun mətbuat xidmətinə danışıb.
Fanat.Az xəbər verir ki, azərbaycanlı mütəxəssis Rusiya çempionatının son turunda “Nijni Novqorod”la oyunun (0:0) nəticəsini şərh edib:
“Bərabər oyun oldu. Komandamdan razı qaldım. Uşaqlara təşəkkür etmək istərdim ki, məşqdə verdiyim tapşırığı dəqiq yerinə yetirdilər. Oyunu müdafiədən qurmuşduq. Əksər matçlarımızı süni örtüklü meydançalarda keçiririk, amma bu dəfə təbii meydançada oynadıq. Uşaqlar sona qədər mübarizə apardılar. Rəqibdən daha çox şansımız oldu. Təbii ki, əskiklərimiz və görəcəyimiz işlər çoxdur. Bizim vəzifəmiz əsas və gənclərdən ibarət komandalar üçün gənc futbolçular yetişdirməkdir”.
Qeyd edək ki, Süleymanovun başçılıq etdiyi kollektiv hazırda turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Mirağa