London "Arsenal"ının rəhbərliyi komandanın sabiq baş məşqçisi Arsen Vengerlə bağlı qərar verib.
Fanat.Az-ın məlumatına görə, informasiyanı "Daily Mail" yayıb.
Fransalı mütəxəssisin "Arsenal"ın cari mövsüm keçiriləcəyi son çempionat matçına - "Vulverhempton"la oyuna dəvət ediləcəyi bildirilib. Mənbə yalnız "topçular" həmin görüşə qədər çempionluq şansını qoruyacağı halda, mütəxəssisə xüsusi çağırış ünvanlanacağını vurğulayıb.
Qeyd edək ki, hazırda 81 xalı olan "Arsenal" İPL-in turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. London klubunu 1 xal qabaqlayan "Mançester Siti" isə liderdir. Xosep Qvardiolanın komandasının ehtiyatda bir oyunu da var.
Nihat