Dünən, İngiltərə Premyer Liqasının 35-ci turunda "Nyukasl"ı 2:0 hesabı ilə yenən "Arsenal"ın yarımmüdafiəçisi Martin Edeqor oyunu dəyərləndirib.
Fanat.Az xəbər verir ki, norveçli futbolçunun dediklərini BBC belə çatdırıb:
"Biz xüsusi mübarizə ilə yadda qaldıq. Bura gəlmək və qələbə qazanmaq asan deyil. Bizim kimi gənc komanda üçün irəli atılan çox böyük addımdır. Sonadək döyüşməliyik. Futbolda hər şey ola bilər. Hazır olmalıyıq".
Qeyd edək ki, hazırda 81 xalı olan "Arsenal" İngiltərə Premyer Liqasının turnir cədvəlində 2-ci pillədə mövqe tutub. London klubunu 1 xal qabaqlayan "Mançester Siti" isə liderdir. Xosep Qvardiolanın komandasının ehtiyatda bir oyunu da var.
Nihat