"Barselona"nın maliyyə feyr-pleyinin tələblərinə əməl etmək üçün bu yay satmaq istədiyi Rafinyanın iki elçisi var.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sport.es" yayıb.
Xəbərə görə, braziliyalı vingerlə 80 milyon avro qarşılığında vidalaşmağı planlaşdıran Kataloniya təmsilçisi onu ya "Çelsi"yə, ya da digər İngiltərə klubu "Nyukasl Yunayted"ə satacaq. Daha öncə "Lids" formasını geyinmiş Rafinyanın "Nyukasl"da oynamaq variantını daha üstün saydığı vurğulanıb. Mənbə cənubi maerikalı ulduzun bərbad mövsüm keçirən "zadəganlar"ın Çempionlar Liqasına vəsiqə qazanmayacağını nəzərə alaraq "sağsağanlar"a qoşulmağı hədəflədiyini diqqətə çatdırıb.
Nihat