"Yuventus"un vingeri Anxel Di Mariya Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində bu gün keçirəcəkləri matçdan - "Sevilya" ilə görüşdən danışıb.
Fanat.Az xəbər verir ki, argentinalı ulduz fikirlərini UEFA-nın rəsmi saytına bölüşüb:
"Hazırda Avropa Liqası mənim üçün hər şeydir. Axı mən bu turnirdə cəmi bir dəfə iştirak etmişəm və qalib ola bilməmişəm. Cari mövsüm "Arsenal" və "Mançester Yunayted" kimi böyük klublar da AL-də oynayıb və mübarizəni dayandırıblar. "Yuventus" isə yoluna davam edir.
İstənilən turnirin finalına yüksəlmək prestijdir. Bu, mənim üçün olduqca vacibdir. Azarkeşlərimiz də finala yüksəlməyimizi arzulayırlar. "Sevilya" ilə oyuna yaxşı köklənmişik. Ümid edirəm ki, istəyimizə çata biləcəyik. Bilirik ki, rəqibimiz bir qayda olaraq AL-də yarımfina çıxıbsa, finala adlamağı bacarıb. Biz onların uğurlu seriyasına son qoymalıyıq".
Nihat