Leverkuzen "Bayer"inin baş məşqçisi Xabi Alonso Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində bu gün "Roma"ya qarşı keçirəcəkləri matç barədə fikirlərinin bölüşüb.
Fanat.Az xəbər verir ki, ispaniyalı çalışdırıcı UEFA-nın rəsmi saytına danışıb:
"Biz əks-hücumlarda özümüzü yaxşı tərəfdən göstərə bilirik. Həm hücumda, həm də müdafiədə inamlı olmaq vacibdir. "Roma"nı çox yaxşı tanıyırıq. Bu rəqib də əks-hücumlardan istifadə etməyi sevir. Buna hazırıq.
Görüşü səbirsizliklə gözləyirəm. Möhtəşəm ab-hava fonunda meydana çıxacağımız ana hazırıq. Finala yüksəlmək şansı xüsusi motivasiyadır".
Nihat