"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti sıx oyun qrafikindən şikayətlənən "Mançester Siti"nin çalışdırıcısı Xosep Qvardiolaya cavab verib.
Fanat.Az-ın məlumatına görə, italiyalı mütəxəssis Çempionlar Liqasındakı rəqibinin dedikləri barədə "Kral klubu"nun mətbuat xidmətinə danışıb:
"Qvardiola təqvimdən şikayətlənib. İlk oyun ərəfəsində biz daha az istirahət etmişdik. İndi də onların növbəsidir. Hamı çox oyun keçirir, bu qədər".
Qeyd edək ki, Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununu Madriddə keçirən tərəflərin dueli 1:1 hesabı ilə başa çatıb. İkinci qarşılaşma mayın 17-də reallaşacaq.
Nihat