"Barselona"nın yarımmüdafiəçisi Qavi klubdan ayrılacağı ilə bağlı iddialara münasibət bildirib.
Fanat.Az xəbər verir ki, 18 yaşlı futbolçu bu barədə Kataloniya təmsilçisinin mətbuat xidmətinə danışıb.
Qavi klubun rəsmi saytına açıqlamasında bunları söyləyib: "İlk çempionluğumu qazandım. "Barselona" mənim xəyallarımın klubudur. Ümid edirəm ki, bu komanda ilə hələ çox qələbələr qazanacam".
Qeyd edək ki, xarici mətbuatda ispaniyalı yarımmüdafiəçinin İngiltərə Premyer Liqasına gedəcəyi yazılır.
Röya