Uruqvay milli komandasında baş məşqçi təyinatı reallaşıb.
Fanat.Az xəbər verir ki, informasiyanı cənubi amerikalıların futbol qurumunun mətbuat xidməti yayıb.
Milli komanda "Lids"in keçmiş baş məşqçisi Marselo Byelsaya tapşırılıb. Müqavilənin şərtləri açıqlanmasa da, 67 yaşlı argentinalının komandanı 2026-cı il dünya çempionatına hazırlayacağı məlum olub.
Byelsa əvvəllər Argentina və Çili yığmalarını çalışdərıb.
Qeyd edək ki, Uruqvay DÇ-2022-də uğursuz çıxış edərək qrup mərhələsindən çıxa bilməyib.
Mirağa