Uruqvaylı hücumçu Luis Suares Braziliyada fırtına kimi əsməyə davam edir.
Fanat.Az xəbər verir ki, "Qremio"nun ulduz forvardı bu dəfə "Kruzeyro"yla kubok matçında gözəl qola imza atıb.
Suaresin qolu hesabı bərabərləşdirməyə imkan yaradıb, komandalar meydandan sülhlə ayrılıblar - 1:1. Qalib cavab matçında bəlli olacaq.
Qolun özünə gəlincə, o, topu təxminən 22 metr aralıdan ayağının çölü ilə birbaşa qapının yuxarı küncünə göndərib.
Xatırladaq ki, uruqvaylı hücumçu ötən mövsümün sonuna kimi Avropada çıxış edib, onun "köhnə qitə"də son klubu “Atletiko Madrid” olub.
Mirağa