Dünyada məşhur futbol meneceri Jorje Mendeş "Barselona"nın futbolçusu Niko Qonsalesə klub axtarır.
Fanat.Az xəbər verir ki, Kataloniya klubunun yetirməsi olan 20 yaşlı yarımmüdafiəçi ötən mövsüm "Barsa"nın əsas heyətində debüt edib.
"Football Espana"nın məlumatına görə, Mendeş gənc futbolçuya İngiltərə Premyer Liqasından gələn təklifləri dəyərləndirir.
Qeyd edək ki, Qonsales Xavinin gələcək planlarına daxil olmadığı üçün "Barselona" onu buraxmaq niyyətindədir.
Röya