Rusiyanın ÇSKA klubu "Udineze"ni FİFA-ya şikayət edib.
Fanat.Az "Sport-Ekspress"ə istinadən xəbər verir ki, Moskva təmsilçisinin baş direktoru Roman Babayev FİFA-nın Mübahisələrin Həlli Palatasına müraciət etdiklərini təsdiqləyib.
Moskvalılar "Udineze"ni Yaka Biyolun transfer ödənişini tam etmədiyi üçün məhkəməyə verib: “Biyolun transferi üçün pul hələ gəlməyib. Böyük ehtimalla, italiyalılarla FİFA-nın Mübahisələrin Həlli Palatasında görüşəcəyik. Bir neçə həftə əvvəl məhkəməyə müraciət etdik. Çünki bu məsələnin həlli üçün bütün ağlabatan yollar tükənib. Düşünürəm ki, yaxın vaxtlarda qərar gözləmək olar”.
CSKA Biyolanı 2022-ci ildə 4 milyon avroya, üstəlik əlavə bonuslara satıb.
Yarımmüdafiəçi Moskva komandasının heyətində 96 oyun keçirib, 7 qol vurub və 8 məhsuldar ötürmə edib.
Mirağa