"Borussiya"nın müdafiəçisi Mats Hummels karyerasını Dortmund klubunda davam etdirəcək.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.
34 yaşlı almaniyalı futbolçu müqaviləsinin müddətini növbəti mövsümün sonuna kimi yeniləyib.
Mats bu həftəsonu 2019-cu ildən bəri ilk Bundesliqa çempionluğunu qazana bilər. Dortmund "Borussiya"sı evdə "Maynts"a qalib gəlsə, qızıl medala sahib çıxacaq. Son tur ərəfəsində "Bayern Münhen" "Borussiya"dan iki xal geri qalır.
Mirağa