La Liqanın 36-cı turunda "Espanyol"la 3:3 hesablı heç-heçə edən "Atletiko Madrid" antirekordunu yeniləyib.
Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi 21-ci əsrdə ilk dəfə 3 top fərqi ilə öndə olduğu görüşdə qələbə qazana bilməyib.
Madridlilər son dəfə 1998/1999 mövsümündə belə fürsəti əldən qaçırmışdı.
Qeyd edək ki, bu bərabərlik üzündən "Atletiko" əzəli rəqibi "Real Madrid"i turnir cədvəlində geridə qoya bilməyib. "Hindular" hazırda 73 xalla 3-cü pillədədir.
Nihat