"Vulverhempton"un heyətində ayrılıq yaşanacaq.
Fanat.Az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, 36 yaşlı portuqaliyalı yarımmüdafiəçi Joau Moutinyo yayda klubu tərk edəcək.
Müqaviləsi başa çatan futbolçu azad agent olacaq.
Joaunun gedəcəyi klubun baş məşqçisi Xulen Lopeteqi də təsdiqləyib.
Röya